ANAR ƏSƏDLİ HƏBS EDİLDİ

Zərərçəkmiş şəxs başqa yerə getməmək haqda qətimkan tədbirinin həbslə əvəz edilməsini istəyib

Azərbaycan Yüksəliş Partiyasının (red.-ləğv edilib) sədri Anar Əsədli həbs edilib.

Xural.org xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi belə qərar çıxarıb.

Zərərçəkmiş şəxs Anar Əsədli barəsində seçilmiş başqa yerə getməmək haqda qətimkan tədbirinin həbslə əvəz edilməsini istəyib.

Məhkəmə vəsatəti əsaslı sayaraq təmin edib. Anar Əsədli elə zalda həbs edilərək istintaq təcridxanasına göndərilib.

Məlumatı onun vəkili Hikmət Əliyev saytımıza təsdiq edib.

Qeyd edək ki, Anar Əsədli barəsində 3 il əvvəl başlanmış cinayət işi bu yaxınlarda Baş Prokurorluq tərəfindən yenilənib. İş baxılması üçün məhkəməyə göndərilmişdi.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button