Amerikalı repçi Kulio vəfat edib

Yayımlandı: 29 Sentyabr 2022 15:16

Onun ürəktutmasından öldüyü deyilir

Amerikalı repçi Kulionun 59 yaşında vəfat etdiyi bildirilir.

İfaçının ölüm səbəbi kimi ürəktutması göstərilib.

Amerikalı aktrisa Mişel Pfayferin baş rolda oynadığı “Dangerous Minds” (1995) filminin saundtrekinə çevrilən filmindəki “Gangsta’s Paradise” mahnısı repçiyə dünya şöhrəti gətirib.

Mişel Pfayfer “İnstagram”da bununla bağlı paylaşım edib.(https://www.instagram.com/p/CjEs3_XAkp6/)

Repçinin ölümündən dərin kədər hissi keçirdiyini yazıb.

Əlavə edib ki, məhz “Gangsta’s Paradise” mahnısına görə film məşhurlaşıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button