
Almaniya və Rusiya bir-birilərinin diplomatlarını ölkələrindən çıxarır
Rusiya Xarici İşlər Nazirliyi Almaniya diplomatlarını kütləvi şəkildə ölkədən çıxarmaq qərarına gəldiyini bildirib. Bu barədə məlumat nazirliyin saytında yerləşdirilib.
Eyni gündə Almaniya da Rusiya diplomatlarını ölkədən çıxardığını açıqlayıb. Xarici İşlər Nazirliyindən “Deutsche Welle”yə bildirib ki, Rusiya diplomatik nümayəndəliklərinin əməkdaşlarının ölkədən çıxarılmasında məqsəd “Rusiya xüsusi xidmət orqanlarının ölkədə mövcudluğunu azaltmaq” olub.
Buna cavab olaraq, Moskva alman diplomatlarının Rusiyadan çıxarılmasını, habelə Almaniyanın Rusiyadakı diplomatik nümayəndəliklərinin işçilərinin maksimum sayına əhəmiyyətli məhdudiyyət qoyulduğunu elan edib.
Açıqlamaya görə, Almaniya səfiri Geza Andreas fon Geyr agentliyin qərarı ilə bağlı aprelin 5-də rəsmi məlumatlandırılıb.
Daha sonra Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova 20-dən çox alman diplomatın Rusiyadan çıxarılacağını açıqlayıb.
RİA Novosti-nin məlumatına görə, eyni sayda da rusiyalı diplomat Berlindən çıxarılacaq.
Hələ martda “Focus” Almaniyanın 30-dan çox rus diplomatını ölkədən çıxarmağı nəzərdən keçirdiyini yazmışdı.
Yayılan məlumatlara görə, Almaniya təhlükəsizlik orqanları Rusiya nümayəndələrinin öz diplomatik toxunulmazlıqlarından istifadə edərək təxribat törətmək və ya dezinformasiya yaymaq üçün informator cəlb edə biləcəkləri qənaətinə gəliblər.
2022-ci ilin aprelində Almaniya 40 Rusiya diplomatını persona non-qrata elan edib, Rusiya da eyni sayda Almaniya diplomatını ölkədən çıxarıb.



