Almaniya əhalisi miqrantlarla artır

Almaniya Federal Statistika İdarəsi miqrant axını ilə bağlı əhalinin artımına aid məlumatları yeniləyib.

Ötən ilin sonuna Almaniyanın əhalisi 84.4 milyon nəfər olub. 2022-ci ildə 1.3 faiz və ya 1.1 milyon nəfər artıb.

“Deutsche Welle” 84 milyon yarımdan 12.3 milyonunun xarici vətəndaş olmasına diqqət çəkir.

Almaniyada yaşayan xaricilərin ən çoxu Türkiyə vətəndaşlarıdır – 1.34 milyon. İkinci yerdə Ukrayna (1.05 milyon), üçüncü yerdə isə Suriya (883 min) vətəndaşları gəlir.

Bildirilir ki, son illər Almaniya əhalisinin orta yaşı bir qədər azalaraq 44.6 təşkil edir. Bu, xüsusilə, başqa ölkələrdən uşaqlı ailələrin gəlməsi ilə izah edilir.

Qərbi Almaniyanın federal əyalətlərində əhalinin sayı son bir ildə daha sürətlə artaraq 68 milyon nəfərə çatıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button