Ali Rada Ukraynada hərbi vəziyyət elan edib

Ali Rada Ukraynada hərbi vəziyyətin lehinə səs verib. Qərarı 300 xalq deputatı dəstəkləyib.

Hərbi vəziyyət Ukraynada və ya müəyyən yerlərdə silahlı təcavüz və ya hücum təhlükəsi, Ukraynanın dövlət müstəqilliyinə və ərazi bütövlüyünə təhlükə yarandıqda tətbiq edilən xüsusi hüquqi rejimdir.

Hərbi vəziyyətin tətbiq edildiyi ərazilərdə müvəqqəti dövlət orqanları – hərbi idarələr yaradıla bilər. Ukraynada hərbi vəziyyət 30 gün davam edəcək.

Hərbi vəziyyətdə zamanı qadağandır:

Ukrayna və Krım Muxtar Respublikası Konstitusiyasının dəyişdirilməsi;

Ukrayna Prezidenti, Ali Rada, Krım Muxtar Respublikasının Ali Radası və yerli özünüidarə orqanlarına seçkilərin keçirilməsi;

Ümumkrayna və yerli referendumların keçirilməsi;

Tətillər, kütləvi mitinqlər və aksiyalar keçirmək.

Prezidentin sərəncamında da göstərilməlidir ki, hərbi vəziyyət zamanı vətəndaşların hansı hüquq və azadlıqları məhdudlaşdırıla bilər.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button