Akif Təvəkküloğluna yeni vəzifə verildi

Tanınmış jurnaist Akif Təvəkküloğluna Azərbaycan Həmkarlar İttfaqları Konfederasiyanda (AHİK) vəzifə verilib. 

Xural.com rupor.az-a istinadla xəbər verir ki, AHİK-in sədri Səttar Möhbalyevin əmri ilə Akif Təvəkküloğlu Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri təyin edilib.

Akif Təvəkkül oğlu Nəsirov 1962-ci il dekabrın 1-də İmişli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsini bitirib.

1986-cı ildən 1991-ci ilədək Azərbaycan Dövlət Kitab Palatasında filial müdiri, sonra isə şöbə müdiri vəzifələrində çalışıb.

2006-cı ilədək Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə işləyib.

2006-cı ildən 2020-ci ilədək Milli Məclisin mətbuat katibi olub.

Qeyd edək ki, A.Təvəkküloğlu uzun müddət AzTV-də çalışıb. Milli Məclisin Mətbuat Xidmətinin rəhbəri vəzifəsində işləyib. Son təyinata qədər qanunverici orqanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsində çalışıb.

Xatırladaq ki, AHİK-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nazim Ağamirov bir müddət əvvəl vəfat edib.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button