Akif İslamzadəyə “Şöhrət” ordeni verildi

Yayımlandı: 14 Avqust 2023 14:11

İlham Əliyev bununla bağlı sərəncam imzalayıb

Müğənni Akif İslamzadə “Şöhrət” ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Bildirilir ki, Akif İslamzadə Azərbaycan musiqi mədəniyyətinin inkişafında xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.

Akif Qədir oğlu İslamzadə 1948-ci ildə Bakıda musiqiçi ailəsində doğulub.

Xanəndə, Azərbaycan SSR xalq artisti Sara Qədimovanın oğludur.

Akif İslamzadə “Sarı gəlin”, “Bu gecə” mahnıları ilə populyarlaşıb.

1986-cı ildə müğənninin səs tellərinin birində bədxassəli şiş əmələ gəlib.

Onkoloji Mərkəzdə altı aylıq müalicədən sonra, cərrahiyyə əməliyyatında müğənninin səs tellərinin biri götürülüb.

Bununla da, Akif İslamzadənin müğənni kimi fəaliyyəti yekunlaşıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button