AİHM Azərbaycandan 14 ərizəçinin mülkiyyət hüquqlarıının pozulduğunu təsdiq edib

Ərizəçilər Bakının mərkəzində “Qış Parkı” salınarkən evləri söküldüyü zaman mülkiyyət hüquqlarının pozulmasını və ədalətli təzminat ödənilməməsini mübahisələndiriblər.

Onlar həmçinin Strasburq Məhkəməsinin ədalətli məhkəmə təhqiqatı, şəxsi həyata hörmət, səmərəli hüquqi müdafiə vasitələrinə malik olmaq, fərdi qaydada şikayət vermək və s. hüquqlarının pozulduğunu təsdiq etməsini xahiş ediblər.

AİHM T.Salamova, Tamilla Məmmədova, Nadejda Sandler, Zöhrə Hacıyeva, Reyhan Hüseynova, Zaman Mahmudov, Ağali Xudayev, Alla Fətəliyeva, İlqar Novruzov, Başxanım Abbasova, Şahbəyim Hüseynova, İkram Mirzəyev, Fira İlkanayeva və Günel İsmixanovanın mülkiyyət hüquqlarının pozulduğunu təsdiq edib.

Bununla belə, AİHM təzminat ödənilməsi haqqında qərarın hələ hazır olmadığını açıqlayıb. Azərbaycan hökumətinin üzərinə üç ay ərzində təzminatlarla bağlı təklif irəli sürmək öhdəliyi qoyulub. Buna baxmayaraq, AİHM təzminatı müəyyən etmək hüququnu özündə saxlayıb.

Ərizəçilər maddi, mənəvi zərər və xərclərin qarşılanması üçün ümumilikdə 10 mln. 263 min manat və 202 min 500 avro tələb ediblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button