Ağlın Bakıdan nə kəsir?

(Bakı meri Hacıbala Abutalıbova)
Neçə vaxtdır fikrim səndə,
daşlarını bir-bir gəzir…
Sahildə xəzri əsəndə,
dənizdə gilavar əsir
Dünya görmüş Qız Qalası,
ağlın Bakıdan nə kəsir?
Qədim divarlar qaşınır,
günahkarlar aşılanır
Yağmurlarda saç yağardı,
indi göydən palçıq yağır,
Sual doğur, yeni nəsil,
ağlın Bakıdan nə kəsir?
Daha nə kənd, nə şəhərdi,
şəhər tipli qəsəbədir,
Gün uzunu yollar, evlər
tıxaclardan tir-tir əsir…
Yeni dünya, qıvraq əsir,
ağlın Bakıdan nə kəsir?
Lap elə şəhər olsa da,
qismən yerbəyer olsa da
qədim dostum mer olsa da
Söz verirəm,
aramızda qalsın
De, mən ölüm, Hacıbala,
ağlın Bakıdan nə kəsir?
Tikirik, görməmiş kimi
Sökürük, düşmənik kimi
Çox yüklənmiş gəmi kimi
Sanki batmağa tələsirik
Canın-gözüm ulu Xəzər,
ağlın Bakıdan nə kəsir?
Vahid Əziz
“Xural” qəzeti,
il 9, sayı: 043 (451), 26 sentyabr 2011




var ay Vahid bəy!
dərdimizi tərpədirsən,
tükümüzü ürpədirsən
Həcə getsin Hacıbala
bəlkə gunahlar azala.
Bilet olsun bir tərəfə
Budur xahişim AZALa