
Ağciyər Xəstəlikləri İnstitutunda tavanın uçması məsələsinə aydınlıq gətirilib
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda tavanın uçması və xəsarət alanların olması barədə yayılan məlumat doğru deyil.
Bu barədə mətbuatın sorğusuna cavab olaraq İnstitutdan bildirilib.
“Sadəcə yağışla əlaqədar palatanın tavanında kiçik su sızıntısı olub. Buna görə də xəstələr digər palataya köçürülüb” – məlumatda qeyd olunub.



