AFFA De Byazini millinin baş məşqçi postunda saxlayıb

Yayımlandı: 13 Aprel 2023 12:45

Buna İcraiyyə Komitəsinin iclasında qərar verilib

Aprelin 13-də AFFA İcraiyyə Komitəsinin (İK) növbəti iclası keçirilib. İclas qurumun inzibati binasında baş tutub.

İclasda Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi AÇ-2024-ün ilk iki oyunu ilə bağlı hesabat verib.

Bundan başqa, digər məsələlər də müzakirəyə çıxarılıb. İclasda De Byazinin Azərbaycan millisindəki işinə davam etməsinə qərar verilib.

Azərbaycan yığması seçmə mərhələdə Avstriyaya 1:4, İsveçə 0:5 hesabı ilə uduzub.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button