ADNAN ƏHMƏDZADƏNİN HƏBS MÜDDƏTİ UZADILDI

Həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb

İş adamı Adnan Əhmədzadə ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

Xural.org unikal-a istinadən xəbər verir ki, Səbail rayon Məhkəməsində istintaq orqanın təqdimatına baxılıb.

Təqdimat təmin edilib və Adnan Əhmədzadə barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 2 ay uzadılıb.

Qeyd edək ki, Adnan Əhmədzadə ötən il sentyabrda Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları tərəfindən saxlanılıb O, iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur. (unikal)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button