AÇ-2024: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb

Yayımlandı: 17 İyun 2023 21:58

Estoniya yığması ilə oyunda qalib müəyyənləşməyib

İyunun 17-də futbol üzrə Azərbaycan milli komandası AÇ-2024-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

Yığma komanda F qrupundakı 3-cü matçında Estoniya millisi ilə qarşılaşıb. Bakıdakı “Dalğa Arena”da keçirilən oyun saat 20:00-da başlayıb.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Bununla da, Azərbaycan yığması seçmə mərhələdə ilk xalını qazanıb.

Azərbaycan millisi AÇ-2024-ün seçmə mərhələsində daha əvvəl keçirdiyi oyunlarda Avstriyaya 1:4, İsveçə isə 0:5 hesabı ilə uduzmuşdu.

Üç oyundan sonra hesabında 1 xal olan Azərbaycan millisi F qrupunda sonuncu pillədə qərarlaşıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button