“AbzasMedia”nın ofisində axtarış aparılır

Yayımlandı: 20 Noyabr 2023 12:11

Jurnalistlər ərazidən uzaqlaşdırılır

Polis əməkdaşları “AbzasMedia”nın ofisi qarşısında toplaşıb. Həmçinin, media qurumunun redaksiyasında axtarış aparılır.

Bu barədə media qurumunun əməkdaşları sosial mediada paylaşım edib.

Bildirilir ki, hazırda jurnalistlər ərazidən uşaqlaşdırılır.

“AbzasMedia”nın yaydığı video görüntülərdən isə aydın olur ki, polislər ərazidə çəkiliş aparan jurnalistlərə mane olur. Onları redaksiyanın olduğu binanın önündən uzaqlaşdırır. Jurnalistlərin peşə fəaliyyətini yerinə yetirməsinə mane olurlar.

“AbzasMedia”nın direktoru Ülvi Həsənlidən noyabrın 20-dən səhər saatlarından xəbər yoxdur.
Daha sonra məlum olub ki, o, Bakı şəhər Baş Polis İdarəsindədir.

Vəkili Zibeydə Sadıqova bildirib ki, onun hansı səbəblə saxlanılması barədə ona məlumat verməyiblər, araşdırıb, ətraflı danışacaq.

Ülvi Həsənlinin nə səbəblə saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyindən (DİN) də məlumat almaq mümkün olmayıb.

“Abzas Media” son zamanlar daha çox araşdırma materialları ilə tanınır. Media qurum Prezident ailəsinin və Prezidentin tabeçiliyində olan məmurların biznesi, eləcə də Qarabağda gedən tikinti, burada çalışan şirkətlərlə bağlı tez-tez araşdırmalar dərc edir.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button