‘AbzasMedia’ işində bank hesablarına həbs qoyulduğu deyilir

“AbzasMedia” işində adı keçən şəxslərə və onların bir çoxunun ailə üzvlərinə məxsus bank hesablarına həbs qoyulduğu deyilir.

Bununla bağlı jurnalist Hafiz Babalı AzadlıqRadiosuna bildirib.

Onun sözlərinə görə, bu barədə qərarı Xətai Rayon Məhkəməsi verib.

H.Babalı qeyd edib ki, bundan əlavə məhkəmə həmin şəxslərin vergi odənişləri və hüquqi şəxslərdə pay sahibliyi barədə məlumatların Bakı Şəhər Baş Polis İdarəsinə təqdim olunması haqqında qərar çıxarıb:

“Mən araşdırma yazısı yazmışam, buna görə mənim kartıma blok qoyulmalıdır? Şahid qismində ifadə vermişəm. Düzdür, yoxladım, hələlik, kartımda blok yoxdur, amma məhkəmə qərarı var artıq”.

Jurnalist qeyd edib ki, məhkəmə qərarından apellyasiya şikayəti verəcək.

Bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Xətai Rayon Məhkəməsindən münasibət öyrənmək mümkün olmayıb.

Hafiz Babalı bir müddət öncə”AbzasMedia” işi üzrə Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) şahid qismində dindirildiyini açıqlamışdı.

Noyabrın 21-də “AbzasMedia” internet nəşrinin direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, ictimai fəal Məhəmməd Kekalov və daha sonra da jurnalisti Nərgiz Absalamova həbs edilib.

Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi, yəni qaçaqmalçılıqda şübhəli bilinirlər.Lakin ittihamı qəbul etmir, bunu jurnalist fəaliyyətləri ilə izah edirlər.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button