
ABŞ lideri: “Ukrayna mütləq qalib gələcək”
“Ukrayna bütün gözləntilərin əksinə olaraq, müharibədə uğur qazandı”. Bunu Kiyevdə səfərdə olan ABŞ Prezidenti Cozef Bayden deyib.
O bildirib ki, Ukrayna mütləq qalib gələcək: “Bu, əsrin dörddəüçü ərzində Avropada baş verən ən böyük müharibədir. Əminəm ki, Ukrayna qalib gələcək”.



