
ABŞ-ın Moskvaya mümkün silah tədarükü haqqında mühazirə oxumağa haqqı yoxdur – Çin Xarici İşlər Nazirliyi
“Döyüş meydanını daim silahla təmin edən Çin tərəfi deyil, Amerika tərəfidir. Kim dialoqa və sülhə çağırır, kim bıçaq paylayır və qarşıdurmaya təşviq edir?
ABŞ-ın Çinə mühazirə oxumağa haqqı yoxdur və biz heç vaxt ABŞ-ın Çin-Rusiya münasibətlərini diktə etməsinə və ya təzyiq göstərməsinə imkan verməyəcəyik”, – deyə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bildirib.



