ABŞ Azərbaycanı jurnalistləri təqiblərdən qorumağa çağırır

31.03.2012
“ABŞ Azərbaycan, Rusiya və Çernoqoriyanı jurnalistlərin müdafiəsi üçün daha sərt tədbirlər görməyə və onlara hücum edənlərin cəzalandırılması məsələsini təcili həll etməyə çağırıb”, – ABŞ-ın ATƏT-dəki nümayəndəsi səfir Yan Kelli mətbuatın azadlığı üzrə beynəlxalq təşkilatlar koalisiyasının son bəyantını şərh edərkən bildirib.
“Bizim əsas narahatlığımız ATƏT regionunda jurnalistlərə qarşı zorakılıq və onların qorxudulması hallarının davam etməsidir. Biz müstəqil jurnalistlərə, əsasən “Azadlıq” radiosunun Azərbaycandakı əməkdaşı Xədicə İsmayəlovaya qarşı həyəcanlı kampaniyanı dərin narahatlıqla qeyd edirik və hakimiyyəti ciddi təhqiqatın aparılmasına, günahkarların cəzalandırılmasına çağırırıq. Biz Prezident Administrasiyasının bu faktı pisləməsini və Azərbaycan hökümətinin cinayət işi qaldırmasını alqışlayırıq”, – Kelli bildirib .
“ABŞ hökumətlərin səfərlərin məhdudlaşdırılması üçün hüququ mexanizmlərdən, həmçinin fikir azadlığının boğulması, vətəndaşların informasiya əldə etməsinin məhdudlaşdırılması üçün inzibati maenələrdən istifadə etmək cəhdlərindən narahatıq”, o vurğulayıb.
CONTACT



