Kılıçdaroğludan ona “xain” deyən uşaqla bağlı – Açıqlama

Kılıçdaroğludan ona “xain” deyən uşaqla bağlı

CHP lideri Kamal Kılıçdaroğlu Trabzonda açılış mərasimində ona “xain” deyən uşaqla bağlı açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə sosial şəbəkə hesabında paylaşım edən siyasətçi yazıb:

“Xahiş edirəm, balaca uşağımızla bağlı xəbəri paylaşmayın, pis söz söyləməyin. O, hələ balacadır. Hamıdan xahiş edirəm, hisslərimizə qapılmadan uşaq pedaqogikası nə deyirsə, ona əməl edin”.

Kılıçdaroğlu daha sonra jurnalistlərə açıqlamasında deyib:

“Mənzərə məni çox məyus etdi. Dostlarım da paylaşmışdı. Paylaşımları sürətlə silin. O uşağın, o gözəl övladımızın heç bir qəbahəti yoxdur. Videonu izləyəndə təşviş keçirdim. Belə bir şey başıma gəlməmişdi. Mənim bütün cəhdlərim övladlarımıza gözəl Türkiyə qoymaqdır. Kindən, qəzəbdən uzaq, hamını sevgi ilə qucaqlayan, təbiəti sevən gənclərin bu ölkənin gələcəyi və ümidi olduğu bir Türkiyəni ayağa qaldırmaq istəyirəm”.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Trabzonda açılış mərasimindəki çıxışından sonra səhnəyə çıxan çıxan Berat Can Gürsoy adlı azyaşlı əvvəlcə Ərdoğandan 10 ildir həbsxanada olan atasının sərbəst buraxılmasını istəyib. Daha sonra isə Türkiyə Prezidentindən mikrofonu alaraq “Bəy Kamal Prezident əmimin qarşısında kimdir ki? O adam xaindir, xain. Ən yaxşı adam buradadır, səsinizi ona verin” deyə müraciət edib.

Ərdoğan uşağı dinlədikdən sonra onunla birlikdə qırmızı lenti kəsib.

 

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button