İstanbul hava limanlarını açır?

Türkiyənin İstanbul şəhərinin beynəlxalq hava limanında əlverişsiz hava şəraiti ilə bağlı uçuşlara qoyulmuş qadağanın aradan qaldırılmasına başlanılıb.

Təyyarələrin təhlükəsiz şəkildə havaya qalxmasını və enməsini təmin etmək üçün 500 nəfər işçi heyət 180 qartəmizləyən maşın hazır vəziyyətə gətirib.

Bu gün 681 təyyarənin yola salınıb, qarşılanması planlaşdırılır.

“Azərbaycan Hava Yolları” QSC-nin Bakı-İstanbul marşrutu üzrə təxirə salınmış hər 3 reysinin sərnişinləri təyinat hava limanına ən böyük geniş füzelyajlı təyyarə olan “Airbus A340” ilə yola salınıb.

Bu barədə AZAL-dan bildirilib.

Məlumata görə, İstanbul-Bakı marşrutu üzrə ləğv edilmiş reyslərinin sərnişinləri də eyni təyyarə ilə Bakıya qayıdacaqlar.

Xatırladaq ki, qarlı hava şəraiti ilə bağlı ləğv edilmiş reyslər arasında “Azərbaycan Hava Yolları” QSC-nin Bakı-İstanbul-Bakı reysləri də var. Bununla əlaqədar aviaşirkət sərnişinləri hotellərə yerləşdirib və bu gün mənzil başına çatdıracağı gözlənilir.

Xural.com

mənbə

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button