DİN-in təqaüdə göndərilən generalı yeni vəzifəyə təyin edilib

Daxili İşlər Nazirliyinin (DİN) Katibliyinin sabiq rəisi polis general-mayoru Səfər Əliyev nazirlikdə yeni vəzifəyə təyin edilib. Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, ötən həftə təqaüdə göndərilən S.Əliyev DİN-in Katibliyində mülki şəxs kimi işə qəbul olunub və mütəxəssis vəzifəsinə təyin edilib.

DİN-in təqaüdə göndərilən generalı yeni vəzifəyə təyin edilib

Qeyd edək ki, S.Əliyev daxili işlər orqanlarında xidmət keçmənin son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilmişdi. Bu vəzifəyə isə DİN Baş Təşkilati-İnspeksiya İdarəsinin sabiq rəis müavini polis polkovniki Nahid Məmmədzadə təyin edilib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button