Sumqayıtda qadını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Sumqayıtda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Ağabəy Atabalayevin cinayət işi üzrə məhkəmə iclası başlayır. Cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən il iyulun 23-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü A.Atabalayev şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Sevil Abdullayevaya çoxsaylı bıçaq xəsarətləri yetirərək öldürüb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

A.Atabalayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button