Arvadını qətlə yetirən şəxsin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb

Qobustan rayonunda həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Elnur Rasulovun cinayət işi icraata verilib. İş Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəhmin Hümbətovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik məlum deyil.

Qeyd edək ki, hadisə ötən il martın 28-də Qobustan rayonunda qeydə alınıb.

Belə ki, Qobustan şəhər sakini E.Rasulov ailə münaqişəsi zəminində həyat yoldaşı Billurə Rəsulovanın bıçaqla qətlə yetirib.

Daha sonra o, bıçaqla özünün qollarını kəsib, qarın nahiyyəsinə xəsarət yetirib.

Keçirilən əməliyyat tədbirləri zamanı E.Rasulov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Xural.com

mənbə

Həmçinin oxuyun: Səfər Əbiyev yenə medal verməsi ilə gündəmə gəldi – Fotolar

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button