
Qazaxıstan Senatı ölüm hökmünün ləğvi haqqında qanunu qəbul edib
Qazaxıstan parlamentinin yuxarı palatası olan Senat ölkədə ölüm hökmünün ləğvi haqqında qanun layihəsini qəbul edib.
Layihəyə əsasən, Cinayət Məcəlləsinin bütün maddələrindən ölüm hökmü ilə bağlı müddəalar çıxarılıb.
Qeyd olunub ki, bundan sonra ölkədə ən ağır cəza ömürlük həbs olacaq.
Prosedura görə, qanun Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin imzalamasından sonra qüvvəyə minəcək.
Qeyd edək ki, 2021-ci ilin yanvarında Qazaxıstan BMT-nin “Ölüm cəzasının ləğvinə yönəldilmiş mülki və siyasi hüquqlar haqqında Beynəlxalq pakta İkinci Fakültətiv protokol”unu ratifikasiya edib.



