Türkiyə və Qətər Kabil hava limanını birgə idarə edəcək

Türkiyə və Qətər Əfqanıstanın paytaxtı Kabilda yerləşən hava limanını birgə idarə edəcək.

“Haber Global” xəbər verir ki, bu barədə rəsmi Ankara ilə Doha arasında razılıq əldə olunub.

Məlumata görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dekabrın 7-də Qətərə səfəri zamanı razılıq əldə olunub.

Türkiyə və Qətər nümayəndələri bu gün Kabilə səfər edəcək və sözügedən razılığı Əfqanıstanda hakimiyyəti ələ keçirən “Taliban” hökumətinə çatdıracaqlar.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button