
Şagird puluna ehtiyacı olan Təhsil Nazirliyi 266 milyon manatlıq iki tenderə yekun vurub
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi bir sıra təhsil müəssisələrində qazanxana və istilik sistemləri üçün avadanlıqların alınıb -quraşdırılması, eləcə də “maşın və avadanlıqlar” xərc maddəsi üzrə bir sıra malların satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
Tenderlərin qalibi “Parlaq-N” MMC və “Simplex” QSC-dir.Qalib şirkətlərə müvafiq olaraq 24,376 milyon manat və 241,673 milyon manat, ümumilikdə isə 266,05 milyon manat ödəniləcək.Xatırladaq ki, “Simplex” şirkəti Təhsil Nazirliyinin digər tenderlərində də qalib elan olunub.Məlumat üçün bildirək ki, dekabrın 21-də təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib ki, “Məktəblərdə pul yığımlarının olması qeyri-qanunidir… Dövlətin hamı üçün hər şey etmək imkanı yoxdur. İcbari təhsil pulsuzdur. Rüşvətin əleyhinəyəm. Lakin valideynin əlindəki artıq bir manatı belə təhsilin inkişafı üçün xərcləməsinə imkan yaratmalıyıq. Əgər hansısa pul yığımı olarsa, bu, qaydalar çərçivəsində məcburi yox, könüllü şəkildə olmalıdır”.



