Estoniyada deputat mitinq iştirakçısını vurduğu üçün 400 avro cərimələnib

İqor Kravçenko zərərçəkmişin sağlamlığına dəyən zərərin qiymətləndirilməsi üçün ekspertiza xərclərini də ödəməlidir.

Riygikoqu (Estoniya parlamenti) deputatı İqor Kravçenko koronavirus məhdudiyyətlərinə qarşı aksiya keçirən etirazçıları vurduğuna görə 400 avro cərimələnib. Bu barədə bazar ertəsi Pıxca prefekturasının mətbuat katibi Viktoriya Korpan məlumat verib.

O, ERR portalına deyib: “Polis cinayətlə bağlı prosesi başa çatdırıb”. Deputatın sözlərinə görə, ona təyin olunmuş cəriməni artıq ödəyib.

Qeyd edək ki, Estoniya polisi etirazçını vuran hakim Mərkəz Partiyasından olan deputat İqor Kravçenkoya qarşı inzibati icraata başlayıb. Hadisə mayın 3-də Kravçenkonun avtomobilində parlament binasının qarşısında koronavirus məhdudiyyətlərinə qarşı etirazçı ilə qarşılaşdığı zaman baş verib. Daha sonra Kravçenko zərərçəkmişdən üzr istəyib.

Xural.com

mənbə

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button