Volodimir Zelenski Prezident İlham Əliyevi Ukraynaya səfərə dəvət edib

“İki il bundan əvvəl Azərbaycandakı görüşümüzlə bağlı çox yaxşı xatirələrim var. Azərbaycan çox qonaqpərvər ölkədir”.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.

Volodimir Zelenski Prezident İlham Əliyevi Ukraynaya səfərə dəvət edib

“Fürsətdən istifadə edərək Sizi Ukraynaya səfərə dəvət edirəm. Ümid edirdim ki, Siz bizim müstəqilliyimizin 30-cu ildönümündə ölkəmizə səfər edəcəkdiniz, lakin COVID-ə görə bu günlərdə dünyada vəziyyətin çətin olduğunu da başa düşürəm. Lakin müstəqilliyin 30-cu ildönümü bütün il ərzində qeyd olunur – avqust ayından növbəti ilin avqust ayınadək. Buna görə ümid edirəm ki, Siz imkan tapıb Ukraynaya gələcəksiniz və biz Sizin səfərinizi səbirsizliklə gözləyəcəyik”, – o vurğulayıb.

Vladimir Zelenski Azərbaycan prezidenti İlham Əliyevdən Rusiyada saxlanılan Ukrayna vətəndaşlarının, ilk növbədə Krım tatarlarının azad edilməsinə köməklik göstərməsini istəyib. Bu barədə Ukrayna prezidentinin dəftərxanasının məlumatında deyilir.

“Bu, bizim üçün prioritetdir. Mən bu problemin həllində göstərdiyiniz köməyə görə minnətdar olardım”, – deyə Ukrayna lideri bildirib.

Zelenski həmçinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib və iki ölkə arasında ikitərəfli əməkdaşlığın intensivləşdiyini qeyd edib.

Ukrayna dövlətinin başçısı 2022-ci ildə Ukrayna ilə Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunacağını xatırladıb və üç dövlətin prezidentinin iştirakı ilə Kiyevdə sammitin keçirilməsini təklif edib.

Xural.com

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button