
Azərbaycan və İsrail təhlükəsizlik xidmətləri birgə təlim keçib
İsrail səfirliyi və Azərbaycanın təhlükəsizlik qüvvələri, təhlükəsizlik sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi məqsədilə birgə təlimlər keçirib. Bu barədə səfirliyin “Twitter” səhifəsində məlumat verilib.
“Biz Azərbaycanın Təhlükəsizlik Qüvvələrinə sarsılmaz bağlığığa və qətiyyətə görə təşəkkür etmək istərdik”, – deyə məlumatda bildirilir.




