
Qriqoryan: “Biz Azərbaycanın təklif etdiyi yol xəritəsini müzakirə etməyə hazırıq”
“Biz Azərbaycanın başqa ölkələrlə əlaqə saxlamaq üçün bizə təqdim edəcəyi yolları, Naxçıvanla Azərbaycanın hansı yollarla əlaqə saxlayacağını müzakirə etməyə hazırıq. Hələlik ümumi razılaşmaları formalaşdırmaq mümkün olmayıb, lakin biz işin davam edəcəyinə inanırıq”, – Armen Qriqoryan üçtərəfli komissiyanın işi haqqında danışarkən deyib.



