
“Delimitasiya və demarkasiya prosesi on illərlə davam edə bilər” – Erməni nəşri
Bu barədə Ermənistanın “Past” qəzeti yazıb. “Mütəxəssislərin fikrincə, delimitasiya və demarkasiya prosesi əslində kifayət qədər mürəkkəb, uzun və zəhmət tələb edən prosesdir. Ona görə də, bu proses on illərlə davam edə bilər. Hətta elə ölkələrin təcrübəsi var ki, onilliklər keçsə də, bu işlər nəticə verməyib” – məqalədə deyilir.
“Mənbəmizin sözlərinə görə, çətin və pis hava şəraiti ilə əlaqədar olaraq demarkasiya və delimitasiya ilə bağlı Komissiyanın işi 2022-ci ilin yazında başlaya bilər”- deyə qəzet yazıb.



