ATƏT sədri Rusiyanın İrəvanla Bakı arasında gərginliyi azaltmaq səylərini alqışlayıb

Ann Linde və Sergey Lavrov geniş spektrli məsələləri, o cümlədən Qarabağ probleminin həlli ilə bağlı məsələləri müzakirə edəcəklər. ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Ermənistanla Azərbaycan arasında gərginləşən münaqişənin həlli istiqamətində Rusiyanın səylərini qeyd edib:
“Biz Rusiyanın bir həftə əvvəl atəşkəsə nail olmaq və sülh müqaviləsi üçün təkan vermək səylərini alqışlayırıq”. Ann Linde cümə günü Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlarda belə deyib.
Onun sözlərinə görə, Lavrovla danışıqlarda regional münaqişələrin, məsələn, Ermənistan və Azərbaycan arasındakı münaqişənin həlli üçün konstruktiv həll yolları üzərində necə birgə işləmək barədə danışacaq.
Bundan əvvəl Ann Linde və Sergey Lavrovun Dağlıq Qarabağ və Dnestryanı bölgədəki münaqişələrin həllində ATƏT-in yardımı, eləcə də Qafqazda təhlükəsizlik və sabitlik üzrə Cenevrə müzakirələrində təşkilatın vasitəçiliyi ilə bağlı məsələlərə toxunacağı bildirilib.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button