
Ermənistan Müdafiə Nazirliyi məlumat yaydı: “İki mövqe itirilib, itki var!”
Ermənilər təşvişdə
Şərq istiqamətində vəziyyət son dərəcə ağır olaraq qalır, Ermənistan Silahlı Qüvvələri düşmənə texnika və canlı qüvvə ilə böyük itkilər verib. Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələri ilə döyüşlərdə İki mövqenin itirildiyini və itki olduğunu açıqlayıb.
Xural.com erməni mətbu mənbələrinə istinadən xəbər verir ki, saat 16:00-a olan məlumata görə, şərq istiqamətində vəziyyət son dərəcə ağır olaraq qalır. Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin erməni mövqelərinə hücumu nəticəsində ölən və yaralananlar var, onlar haqqında məlumatlar dəqiqləşdirilir.
Xatırladaq ki, Ermənistan-Azərbaycan sərhədində eskalasiyanın növbəti raundu noyabrın 14-də başlayıb. Erməni mətbuatı iddia edir ki, Azərbaycan Silahlı Qüvvələri şərq istiqamətində erməni mövqelərini atəşə tutub, sonradan onların mövqelərini irəlilətmək cəhdləri məlum olub. Bazar ertəsi səhər Ermənistan Təhlükəsizlik Şurası zirehli texnikanın tətbiqi və Azərbaycanın dörd erməni postunu ələ keçirməsi barədə məlumatı təsdiqləyib və əlavə edib ki, daha sonra Azərbaycan Silahlı Qüvvələri oradan geri çəkilib. Noyabrın 15-də səhər saatlarında hakimiyyət müdafiə naziri Arşak Karapetyanı vəzifəsindən azad edib. Onun yerini baş nazirin müavini Suren Papikyan tutub.
Noyabrın 16-da Azərbaycan Silahlı Qüvvələrinin bölmələri şərq istiqamətində Ermənistanın mövqelərini atəşə tutub. Ermənistan Silahlı Qüvvələrinin bölmələri cavab tədbirləri görüb.



