
ABŞ Aeroflot ekipajlarına viza almaq üçün İrəvana uçmağı təklif edib
Ermənilər bunu lətifə kimi anlayıblar
Birləşmiş Ştatlar Aeroflot ekipajlarına viza almaq üçün İrəvana uçmağı təklif edib – media orqanları Vaşinqtonun Rusiya tərəfini narazı salmaq üçün qəsdən bu cür hərəkətlər edir, agentliyin mənbəsi bildirib.
ABŞ Rusiyanın “Aeroflot” aviaşirkətinin ekipajlarına Amerika vizalarını almaq üçün İrəvana uçmağı təklif edib. Bu barədə TASS Moskvadakı diplomatik mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ-ın Moskvadakı diplomatik missiyasına Rusiya Federasiyası və digər ölkələrin vətəndaşlarının işə götürülməsinə qadağa qoyulduğuna görə, Vaşinqton Rusiya tərəfini narazı salmaq üçün qəsdən belə hərəkətlər edir.
Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin bundan əvvəl Moskvaya qarşı “dostluqdan kənar hərəkətlər edən” dövlətlərin diplomatik nümayəndəlikləri və konsulluqlarında rusların işə götürülməsi imkanlarını məhdudlaşdıran fərman imzalayıb. Diplomatik nümayəndəliklərində rusların işə götürülməsi qadağan edilən “dost olmayan dövlətlər” siyahısına ABŞ da daxildir.



