
Fransa və Rusiyanın xarici işlər nazirləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin işini müzakirə edəcəklər
Fransa və Rusiyanın xarici işlər nazirləri ATƏT-in Minsk Qrupu həmsədrlərinin işini müzakirə edəcəklər
Fransanın xarici işlər naziri Jan-İv Le Drian və Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 12-də Parisdə Liviya üzrə Beynəlxalq Konfrans çərçivəsində ikitərəfli görüş keçirəcəklər. Xural.com-un məlumatına görə, Fransa Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə hər iki ölkənin müdafiə nazirliklərinin rəhbərləri də iştirak edəcək.
İclasda ATƏT-in Minsk Qrupu həmsədrləri çərçivəsində həyata keçirilən səylər, regional və beynəlxalq böhranla bağlı digər siyasi və hərbi məsələlər müzakirə olunacaq.



