
Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vuqar Zeynalov sakinləri dondurur
Səbail rayonunda soyuqdan donan sakinlər İcra Hakimiyyətindən şikayətləndi...
Bakı şəhəri, Nizami küçəsi 66 ünvanda yaşayan sakinlər Moderator.az-ın redaksiyasına ünvanladıqları şikayət məktubunda yaşadıqları binada istilik sisteminin boru xətlərində problem olduğunu bildirərək, aidiyyatı qurumlardan kömək istəyiblər.
Müracətdə deyilir:
“Bakı şəhəri Nizamı küçəsi 66 ünvanında yerləşən yaşayış binası 1953-cü ildə istismara verilib. Binanın istilik sistemi köhnəlmiş və yararsız vəziyyətə düşüb. Qış mövsümü aylarında binaya verilən istilik sisteminin boru xətlərində qəza səbəbindən vaxtaşırı dayanmalar baş verir. Dəfələrlə “Azəristiliktəchizat” ASC-nin qaynar xətt xidmətinə və Səbayıl rayon İcra Hakimiyyətinə müraciət etmişik, lakin bu məsələ indiyə qədər öz həllini tapmamışdır.
Binaya verilən istilik sistemində yaranan poblemləri sizə bildirmək istəyirik:
1. Zirzəmidən keçən istilik boruları bu illər ərzində çürüyüb yararsız vəziyyətə düşüb.
2. Binanın 1-ci mərtəbəsində bərbərxana, kafe- restoranlar, “Zəfəran” aptek və “İmprotex” şirkəti fəaliyyət göstərir. Bununla əlaqədar “Azəristilik” ASC- nin nümayəndələri boru xətlərinin dəyişdidrilməsi işlərinin xərclərini yuxarıda sadalanan iaşə obyektləri tərəfindən ödənilməsini bildirir. Sahibkarlar isə istilik sistemindən istifadə etmədiklərinə görə imtina edirlər.
3.Zirzəmidən binanın bəzi bloklarına istilik boruları çöl tərəfdən, yəni Nizami və S.Vurğun küçələrinin kəsişmələrində arkanın alt tərəfindən keçir. “Azəristilik” ASC-nin nümayəndələri bildirirlər ki, təmir-bərpa işlərini aparmaq üçün Səbayil rayon İcra Hakimiyyəti tərəfindən icazə verilməlidir.
Onu da qeyd etmək istəyirik ki, bu ilin istilik verilmə mövsümünün vaxtından əvvəl dayandırılmasının səbəbi, Nizami küçəsində yerləşən “Zəfəran” aptekinin çöl tərəfindən keçən boru xəttində qəzanın baş verməsidir.
4.Bina istismara verilərkən qazanxana ilə təchiz olunub. İstilik verilmə mövsümündə işlək vəziyyətdə olur. Lakin “Azəristilik” ASC-nin nümayəndələri bina sakinlərinə mənzillərini istiliklə təmin etmək üçün fərdi kombi-istilik sisteminə keçmələrini məsləhət görürlər.
Bina özü arxitektur bina olduğundan bəzi mənzillərin həyətə açıq eyvanları yoxdur. Bu da texniki təhlikəsizlik və ekoloji baxımdan texniki şərtlərə ziddir.
2014-cü ildən “Azəristiliktəchizat” ASC-yə şikayət məktubları göndərilib və davamlı qaynar xətt xidmətinə zəng etmişik.
Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevə 02.05.2021-ci il tarixdə, Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya 25.05.2021-ci il tarixdə və Baş Nazir Əli Əsədova 25.05.2021-ci il tarixdə şikayət ərizələri yazılıb.
Bu binanın 86 mənzilində yaşayan istehlakçıların hüquqları pozulmuşdur. Xahiş edirik binaya və mənzillərə normal istilik verilməsi, pozulmuş hüquqlarımızın qorunması üçün ən ali dövlət orqanları qarşısında məsələ qaldırıb, səsimizi onlara çatdırasınız. Eləcə də bu problemi ictimailəşdirəsiniz ki, üzləşdiyimiz problemdən hamının xəbəri olsun.
Bina sakinləri:
1. Aşumova Mahirə
2. Hüseynova İradə
3. Əliyeva Elmira
4. Quliyeva Nazilə
5. Abdinzadə Nigar
6. Məmmədova Rəhilə
7. Salamova Gülara
8. Qürbətəli Sənan
9. Cəfərova Azadə
10. Quliyeva Gülşən
Qeyd edək ki, sakinlər problemləriylə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynova şikayət edib və sakinlərin məktubunu ictimailəşdirməyimiz üçün qurum sədri redaksiyamıza təqdim edib.



