Azərbaycanda yaşayış minimumunun məbləği 9 manat artırılır

Azərbaycanda 2022-ci il üçün yaşayış minimumunun məbləği artırılır.

Xural.comun əldə etdiyi məlumata görə, bununla bağlı məsələ “2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

Qanun layihəsinə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimunun məbləği 196 manatdan 205 manata, yəni 9 manat – 5 ABŞ dolları qaldırılmasının müəyyən edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdi.

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button