
Gəncədə şəhid anasının intihara cəhd etməsi xəbəri yayılıb
Gəncə şəhərində intihara cəhd hadisəsi olub.
Xural.com xəbər verir ki, Məmmədova Vüsalə Gülbala qızı bu gün müxtəlif dərman vasitələri içərək intihara cəhd edib. O, təcili olaraq xəstəxanaya yerləşdirilib.
Vəziyyətinin kafi olduğu bildirilib.
Faktı hüquq-mühafizə orqanlarından təsdiq ediblər. Məsələ ilə bağlı araşdırma aparıldığı deyilib.
Qeyd edək ki, sosial şəbəkədə yayılan məlumata görə, Vüsalə Məmmədova Vətən müharibəsi şəhidi Sahib Azər oğlu Həsənovun anasıdır.
Verilən məlumütlara görə ailənin uzun müddət qığılıb qalan kirayə borcları Vüsalə Məmmədovanın Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramova müraciət etməsilə nəticələnib. İcra başçısının laqeyid münasibəti şəhid anasını ən son üsula əl atmağa vadar edib.
Xural.com olaraq məsələni günəmdə saxlamağa çalışacağıq.



