
Sosial şəbəkələr çökdü
Yaranmış problemlə bağlı sosial platformalardan açıqlama
Xəbər verdiyimiz kimi, “Facebook”, “Instagram” və “WhatsApp” tətbiqlərinə girişdə problem yaşanıb.
Xural.com-un məlumatına görə, məsələ ilə bağlı sosial şəbəkələr ortaq açıqlama yayıb. Açıqlamada deyilir:
“İstifadəçilərimizin tətbiqlərimizə daxil olmaqda problem yaşadıqlarının fərqindəyik. Problemi ən qısa zamanda həll etmək üçün çalışırıq və yaranmış narahatlığa görə üzr istəyirik”.



