Borrel: “ABŞ son 20 ildə Əfqanıstana gündəlik 300 milyon xərcləyib”

“Qərb Əfqanıstana böyük vəsait qoyub. Təkcə ABŞ son 20 ildə Əfqanıstana gündəlik 300 milyon ABŞ dolları xərcləyib”.

TASS xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borrell Avropa Parlamentinin xarici işlər və inkişaf məsələləri üzrə komitələrinin növbədənkənar iclasında çıxış edərkən bildirib.

ABŞ prezidenti Cozef Bayden isə ABC telekanalına müsahibəsində Əfqanıstanda hökumətin ildırım sürəti ilə çöküşünü və “Taliban”ın ölkəyə nəzarəti ələ almasını əvvəlcədən görməyin mümkün olmadığını deyib. Virtualaz.org xəbər verir ki, Bayden ABŞ kəşfiyyatının da hadisələrin bu cür sürətlə inkişaf edəcəyini proqnozlaşdıra bilmədiyini vurğulayıb.

“Əfqanıstanda hakimiyyətin taliblərə keçməsinin mümkünlüyü ssenarisi belə təxminlərin üzərində qurulurdu ki, bizim təlim keçdiyimiz və təchiz etdiyimiz 300 minlik ordu dağılacaq və təslim olacaq. Hesab etmirəm ki, kimsə bunu əvvəlcədən görə bilərdi”,-Bayden bildirib.

ABŞ prezidenti qeyd edib ki, kəşfiyyatın hesabatlarında da yekdil mövqe yox idi. Kəşfiyyatın proqnozlarına görə, taliblər ən yaxşı halda 2021-ci ilin sonlarına doğru hakimiyyəti ələ ala bilərdilər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button