
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı istintaq təcridxanasına köçürüləcək
Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətov, avqustun 13-də, Şüvəlan qəsəbəsindəki 3 saylı istintaq təcridxanasına köçürüləcək.
Bu barədə, Turan-a onun xanımı Aygün Hümbətova bildirib. Sitat: “Aqili, Xəzər Rayon Polis İdarəsində saxlayırlar. Dünən ona paltar və yemək apardım. Özü ilə görüşə imkan vermədilər. Müstəniq ilə görüşdüm. Dedi ki, Aqil “kankret cinayət əməli”nə görə saxlanılıb. Bu gün onu, Şüvəlan təcridxanasına göndərəcəklər”.
Bundan öncə Daxili İşlər Naziyliynin mətbuat xidməti bildirib ki, Aqil Hümbətov, avqustun 11-də Zirə qəsəbəsində şəxsi münaqişə zəminində, qəsəbə sakini Yamən Məmmədova bıçaq xəsarətləri yetirdiyinə görə saxlanılıb. Lakin Hümbətovun xanımı, onun kiməsə xəsarət yetirməsinə inanmır. O qeyd edib ki, həyat yoldaşı əvvəllər də şərlənərək həbs edilib. Belə ki, ötən il bir qadının yalançı şahidliyinə görə Aqili, psixiatriya xəstəxanasına yerləşdiriblər. Aqil Hümbətov, iqtidarın tənqidçisi kimi tanınır. Ötən il Azərbaycan rəhbərliyinin ünvanına tənqidi videoçarx ilə əlaqədar, iki dəfə psixiatriya xəstəxanasına yerləşdirilib. 2019-cu il martında, analoji videonun yayılmasına görə, onu 30 sutka inzibati həbsə məhkum ediblər.



