Azərbaycan yanğınsöndürənləri yaxın günlərdə Türkiyədən qayıdacaq

Bunu, Fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Muğlada, azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərova, Marmarisdəki “böhran mərkəzi”ndə keçirilən toplantının nəticəsini məruzə edib. Sitat: “Xüsusi tapşırıq və göstərişləri aldıq. Qısa müddətdə bölgəni tərk edəcik.

Hazırda 350 şəxsi heyət və 54 yanğın avtomobili ərazidə növbədədir. Bazar günü heç bir hadisə baş verməsə, biz qüvvələri bazalara çəkəcik. Bütün avtamabillər, texnikalar baxışdan keçiriləcək. Bazar günü və bazar ertəsi, Vətənə qayıdacıq”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button