Bədbəxt hadisə nəticəsində leytenantımız həlak olub

Azərbaycan ordusunun leytenantı, bədbəxt hadisə nəticəsində həlak olub.

Avqustun 9-u səhər saatlarında, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin paliqonunda keçirilən döyüş atışlı məşğələ zamanı, bədbəxt hadisə baş verib.

Müdafiə Nazirliyindən bildiriblər ki, hadisə zamanı leytenant Babayev İlqar Rüfət oğlu həlak olub.

Hadisənin səbəbləri araşdırılır. Müdafiə Nazirliyinin rəhbərliyi, həlak olan hərbi qulluqçunun ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button