40 yaşlı nazir müavini işdən çıxarıldı

Azad Vaqif oğlu Cabbarov Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri vəzifəsindən azad edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bununla bağlı fərman imzalayıb.

Xatırladaq ki, Azad Cabbarov 2004-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi təyinatlı əməliyyat tağımında polis vəzifəsində çalışıb. 2007-2008-ci ildə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Əməliyyat şöbəsində inspektor-əməliyyat müvəkkili və şöbə rəisi vəzifəsində işləyib.

2008-2009-cu ilərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Dövlət quruculuğu, ərazi idarəetmə orqanları,deputatlarla və daimi komissiyalarla iş şöbəsində baş məsləhətçi vəzifəsini icra edib. 2009-2011-ci il tarixinədək Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazir müavini vəzifəsini yerinə yetirib. 2011-ci il aprel – iyul aylarında Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyində nazir müavini təyin olunub. 1 iyul 2011-ci il tarixindən Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Naziri vəzifəsində çalışır. 18 iyun 2019-cu il tarixində keçirilən iclasda Naxçıvan Muxtar Respublikası Futbol Federasiyasının sədri seçilib. Siyasi fəaliyyəti 2003-cü ildən Yeni Azərbaycan Partiyasının üzvlüyünə qəbul olunduqdan sonra başlayıb. Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublikası təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədridir. YAP Gənclər Birliyinin İdarə Heyətinin və YAP Naxçıvan MR Təşkilatının İdarə Heyətinin üzvüdür.

40 yaşlı Azad Cabbarov Milli Olimpiya Komitəsinin İdarə Heyətinin üzvüdür.Kikboksinq və budo idman növləri üzrə yüksək nailiyyətlər əldə edib.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button