Sərhəddə yenə atışma olub, iki qırğız sərhədçisi yaralanıb

Qırğızstanın dörd sərhədçisi Tacikistan sərhədini qeyri-qanuni pozublar. Nəticədə atışma başlayıb, yaralılar var. Bu barədə Tacikistanın Milli təhlükəsizlik üzrə Dövlət komitəsinin Sərhəd Qoşunlarının mətbuat mərkəzi məlumat yayıb.

Bildirilir ki, iyulun 8-i yerli vaxtla saat 14:45 radələrində Qırğızstanın dörd sərhədçisi Tacikistanın dövlət sərhədini Soqdiysk vilayəti istiqamətində pozaraq ölkə ərazisinə keçiblər. Milli təhlükəsizlik üzrə Dövlət komitəsin yaydığı xəbərdə qeyd olunur ki, sərhədi pozanlar mülki və hərbi qeyimdə olublar və “Kalaşnikov” avtomatları ilə silahlanmışdılar. İlkin məlumatlara görə, Qırğızstan vətəndaşları doqquz atı Tacikistandan öz ərazilərinə keçirmək niyyətində idilər. Komitənin yaydığı məlumata görə, qırğız sərhədçiləri tacik sərhədçilərinə atəş açıb.

Cavab atəşi nəticəsində iki qırğız sərhədçisi yaralanıb. Hadisə yerinə iki ölkənin məsul şəxsləri gediblər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button