Avropa İttifaqının komissarı Cənubi Qafqaza səfərə gəlir

Bu gün Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin Cənubi Qafqaza səfəri başlayır. Artıq O.Varhelyi Gürcüstandadır.

Xatırladaq ki, iyulun 8-də Aİ komissarı Azərbaycanda səfərdə olacaq. O Bakıda xarici işlər naziri Ceyhun Bayramov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazovla görüşəcək.

6-9 iyul tarixlərini əhatə edəcək Cənubi Qafqaz səfəri çərçivəsində Varhelyi Şərq Tərəfdaşlığı regionu üçün iqtisadi və investisiya planını təqdim edəcək, həmçinin ikitərəfli münasibətlər və COVID-19 pandemiyası ilə mübarizə mövzusunda əsas məsələlərini müzakirə edəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button