
Prezident Kənd Təsərrüfatı Nazirliyinə 1,4 milyon manat vəsait ayırıb
Erməni təcavüzü nəticəsində kənd təsərrüfatına dəyən ziyanı aradan qaldırılması üçün...
İlham Əliyev düşmənin kənd təsərrüfatına vurduğu ziyanı aradan qaldırmaq üçün vəsait ayırıb.
O, 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb. Sənədə əsasən, ziyanın aradan qaldırılması məqsədilə Prezidentin ehtiyat fondundan Kənd Təsərrüfatı Nazirliyinə 1,4 milyon manat vəsait ayrılıb.




