
Tixanovskaya liberalizmin boz kardinalı ilə görüşdü
Fransız yazar, filosof, “liberalizmin boz kardinalı” adlandırılan Bernar Anri Levi Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya ilə görüşüb.
Axar.az xəbər verir ki, bu məlumatı Bernar Anri Levi öz İnstaqram səhifəsində paylaşıb.
Onun sözlərinə görə, görüş Vilnüsdə baş tutub.
Görüşün mövzusunun nə olduğu açıqlanmayıb.



