“Ayrılıq sözlüsüyük…”-ŞEİR

Səadət Cahangir

 

Ayrılıq sözlüsüyük,
bayramdı, nəyə gəlsən,
bir axşamlıq söhbətə,
bir çay içməyə gəlsən…

çağırıram, Tanrının
hansı səs rəngi səndən,
nə azan səsi gələr,
nə kilsə zəngi səndən…

ayrılıq sözlüsüyük,
kim haracan sağ qalar,
əllərim yüz il sənə
qoynumda uzaq qalar…

hələ əks-səda verir
içimdəki “gəl” səsi,
hardasan, ey dünyanın,
ən xoş, ən gözəl səsi?

hardasan, çəkilmişəm
bir ağacın altına,
gəl, qəfil kölgə düşsün
çevrilim qaraltına…

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button