
Eyyubovlar Xorvatiyada milyonluq biznes qurub–FOTO
“Baş nazirin 1-ci müavini Yaqub Eyyubovun qardaşı Yusif Abdulla oğlu Eyyubov 2001-ci ildən Xorvatiyada yaşayır, bu ölkədə biznes sahibidir, Azərbaycan Sahibkarlar Konfederasiyasının Balkanlardakı nümayəndəsidir“. Bunu müstəqil jurnalist Cavanşir Həsənov öz “facebook” hesabından paylaşdığı yazıda bildirib.
Xural.com xəbər verir ki, “AzPolitika.info”nun məlumatına görə, yazıda daha sonra bildirilir: “Yusif Eyyubov Xorvatiya paytaxtında “Montevideo doo” şirkətini təsis etdiyi vaxtdan yaşayır. Şirkət 27 fevral 2001-cu ildə Zaqreb Ticarət Məhkəməskndə (Trgovački sud u Zagrebu) qeydiyyatdan keçib və Zagreb, Rijeka küçəsi 10 ünvanında fəaliyyət göstərir.
Şirkətin qeydiyyat nömrəsi: 080389265-dir.
Şirkət daşınmaz əmlak, ticarət, inşaat, turizm, reklam və idman sahələrində fəaliyyət göstərir. Şirkət “Vita” fitnes mərkəzi, “La Vita” cafe-barı, massaj salonu və saunadan ibarət iri kompleksə də sahibdir.
Xorvat mənbələrində kompaniyanın ilkin kapitalı 19,908,400.00 xorvat kunesi və ya 3 milyon dollardan bir qədər artıq göstərllir. 2013-cü ildə gəliri təxminən 10 milyon xorvat kunesi və ya 1.5 milyon dollar olub”.









